Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər həyəcan təbili çaldılar: 2050-ci ilə qədər...

Alimlər həyəcan təbili çaldılar: 2050-ci ilə qədər...

Tarix: 26 Mart 2024 08:44

Beynəlxalq alimlər qrupu dünyada doğum nisbətlərinin sürətlə azalması ilə bağlı həyəcan təbili çalıb.

Sonxeber.net publika.az-a istinadən bildirir ki, dünya ölkələrinin yarısında doğum nisbətlərinin çox aşağı olduğuna diqqət çəkilib.

Alimlər 2050-ci ilə qədər ölkələrin 75%-nin əhalisinin azalacağını proqnozlaşdırıblar. Ehtimal olunur ki, əsrin sonunda ölkələrin 97%-i bununla üzləşəcək. 2100-cü ildə ancaq bir neçə ölkədə kifayət qədər doğum səviyyəsinin olacağı gözlənilir. Bu ölkələr Somali, Tonqa, Niger, Çad və Tacikistandır.

Bildirilib ki, bu tendensiyanın nəticəsində 21-ci əsrdə gözlənilməz sosial dəyişikliklər baş verə, dünya iqtisadiyyatı və beynəlxalq güc balansı tamamilə yenidən formalaşa bilər.

İmmiqrasiya iqtisadi artımı qorumaq üçün zəruri hal alacaq.


Etiketlər:  Alimlər həyəcan təbili çaldılar 2050 ilə qədər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ