Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağdamda gəlinin axtardığı baldız haradadır? - YENİLƏNİB

Ağdamda gəlinin axtardığı baldız haradadır? - YENİLƏNİB

Tarix: 26 Mart 2024 12:46

Ağdamda itkin düşdüyü bildirilən qadının yeri bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ağdam rayon Ergi qəsəbəsində yaşayan 25 yaşlı Esmira Fazil qızı Qurbanovanın itkin olmadığı bəlli olub.

Onun öz istəyi ilə evdən getdiyi, hazırda isə Ağdam rayonu ərazisində olduğu bildirilir.

-------

11:31

25 yaşlı qadın itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 25-i Ş. Qurbanova Ağdam RPŞ-nə ərizə ilə müraciət edərək baldızı E. Qurbanovanın itkin düşməsini bildirib. Aparılan ilkin araşdırma zamanı müəyyən olunub ki, 1999-cu il təvəllüdlü Ağdam rayon, Ergi qəsəbəsində yaşayan E. Qurbanova 25.03.2024-cü il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağdam RPŞ-nin TB-də araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ağdamda gəlinin axtardığı baldız haradadır YENİLƏNİB


RƏYLƏR