Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Okeanda yeni plastik “adalar” yarandı

Okeanda yeni plastik “adalar” yarandı

Tarix: 27 Mart 2024 01:02

Mütəxəssislər dünya okeanlarında polimer tullantılarının yeni çirklənmə zonalarının müəyyən edilməsi barədə məlumat veriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatın əsas nəticələri "Environmental Science & Technology" (ES&T) jurnalında dərc olunub.

Alimlər beş həftəlik ekspedisiya həyata keçiriblər və bu ekspedisiya zamanı Vankuver, Kanada və Sinqapur arasında Sakit Okeanın şimalındakı səth sularından nümunələr götürüblər.

Onlar qeyd olunan ərazilərdə plastik tullantılarından yeni "adalar" əmələ gəldiyini bildiriblər.

Sakit Okeanın qorunan ərazilərində yüksək konsentrasiyalı plastikin aşkarlanması alimləri şoka salıb və bunun proqnozlaşdırma modellərinin gözləntilərinə zidd olduğu vurğulanıb.

Milli.Az


Etiketlər:  Okeanda yeni plastik adalar yarandı


RƏYLƏR