Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

32 il əvvəl itkin düşən şəhidin adına xatirə kompleksi açıldı - FOTOlar

32 il əvvəl itkin düşən şəhidin adına xatirə kompleksi açıldı - FOTOlar

Tarix: 27 Mart 2024 11:10

Ağsu rayonunun Qaraqoyunlu kəndində I Qarabağ müharibəsi şəhidi Fuad Babayevin adını daşıyan xatirə kompleksinin açılışı olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xatirə kompleksinin açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Qaraqoyunlu kənd bələdiyyəsi, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər

Mərasimdə Vətən uğrunda canından keçən şəhidin xatirəsi yad edilib, onun abidəsi üzərinə əklil və çiçəklər qoyulub. 

Qeyd edək ki, Babayev Fuad Əlhüseyn oğlu 1973-cü ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlər zamanı itkin düşüb. 

Milli.Az


Etiketlər:  32 il əvvəl itkin düşən şəhidin adına xatirə kompleksi açıldı FOTOlar


RƏYLƏR