Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2024 20:35
Müğənni Nura Suri növbəti paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, ifaçı parkinq problemi və velosiped yollarından şikayətlənib. O, bu barədə instaqramın hekayə bölməsində danışıb.
"Bayaqdan burada dayanmışıq, şəhərdə parkinq problemi ola-ola, gündə bir qayda-qanun çıxır. Qayda-qanunu o vaxt çıxara bilərsiniz ki, şəhərin hər yerində yetərincə dayanacaq olar. Neçə saatdır dayanmışıq. Burada da velosiped yolu düzəldiblər. Hələ bir dənə də velosiped bu yoldan keçməyib. Mən belə başa düşdüm ki, bu skuter biznesi üçün nəzərdə tutulan bir şeydir. Bir azdan yollarda hər yerə skuter qoyacaqlar, insanlar da velosiped yolu adıynan istifadə edəcək. Onsuz da tıxacdır yollarımız, bərbad vəziyyətdədir. Bu boyda ərazidə də bir dənə bu dayanacaq var. Bu da çox balaca olduğuna görə növbədə dayanmalı olursan", - deyə, müğənni bildirib.
O, həmçinin Mərkəzi Univermaqdan narazılıq edib:
"Yazıb soruşurlar, bura haradır. MUM-un (Mərkəzi Univermaq) yanı idi. Gəlmişdik bir-iki şeyə baxmağa. Heç nə də yoxdur. Bərbad vəziyyətdədir. Bunu sökün, yerində təzə, daha müasir bir yer tikin, altında da bir dayanacaq tikin. Burada ara küçələrdə o qədər lazımsız yerlər var. Ora sökülsün, 2 mərtəbə aşağı, 4 mərtəbə yuxarı dayanacaqlar tikilsin. Yəni bu işlə məşğul olan adamlar yoxdur? Bu gün bütün gün biz burada olmuşuq, bir dənə velosiped sürən görmədim".