Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəşəriyyətin gələcəyi iki ölkədən asılıdır - Szinpin

Bəşəriyyətin gələcəyi iki ölkədən asılıdır - Szinpin

Tarix: 27 Mart 2024 20:54

Çin və ABŞ arasında münasibətlərin xarakteri təkcə iki ölkə xalqlarının rifahına deyil, həm də bəşəriyyətin gələcəyinə təsir göstərir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Çin lideri Si Szinpin deyib.

"İki ölkə xalqının rifahı, eləcə də bəşəriyyətin gələcəyi və taleyi Çin və ABŞ-ın əməkdaşlıq etməsindən və ya bir-birinə qarşı durmasından asılıdır. Hər iki tərəf bir-birini tərəfdaş hesab etdikcə, bir-birinin maraqlarına hörmət etdikcə, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı nəticələr əldə etmək üçün əməkdaşlıq etdikcə, ikitərəfli münasibətlər yaxşılaşacaq", - Szinpin bildirb.

Milli.Az


Etiketlər:  Bəşəriyyətin gələcəyi iki ölkədən asılıdır Szinpin


RƏYLƏR