Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kakaonun qiyməti rekord vurdu

Kakaonun qiyməti rekord vurdu

Tarix: 28 Mart 2024 07:40

Kakao dənələrinin birja qiymətləri ticarət tarixində ilk dəfə olaraq bir ton üçün 10 min dolları ötüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, gün ərzində Qitələrarası Birjada (ICE) bir ton kakaonun qiyməti 10 080 dollara çatıb. Bu növ məhsulun qiymət artımı illik müqayisədə 134% olub.

Mütəxəssislər hesab edirlər ki, qiymət dinamikasını dünyanın iki aparıcı istehsalçısı - Kot-d'İvuar və Qanadan kakao yığımında böyük itkilər barədə məlumatlar dəstəkləyir. Bu, şokoladın və bütün qənnadı məmulatları qruplarının qiymətlərinin daha da artmasına səbəb olur.

Qeyd edək ki, Kot-d'İvuar və Qana dünya kakao  istehsalının demək olar ki, 60%-ni təşkil edir.

Milli.Az


Etiketlər:  Kakaonun qiyməti rekord vurdu


RƏYLƏR