Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Molodejka” serialının aktyoru vəfat etdi - FOTO

“Molodejka” serialının aktyoru vəfat etdi - FOTO

Tarix: 28 Mart 2024 12:15

Aktyor və prodüser, Rusiyanın Əməkdar Mədəniyyət İşçisi Yuri Vaksman 62 yaşında dünyasını dəyişib.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə Yaroslavl Dövlət Gənc Tamaşaçılar Teatrının (TYUZ) mətbuat xidməti "Vkontakte" sosial şəbəkəsində məlumat yayıb.

"Demək olar ki, Gənclər Teatrı açılandan 1992-ci ilə qədər Yuri Mixayloviç bizim teatrda xidmət edib. Yaroslavl üçün böyük itkidir", - deyə, teatrın bəyanatında bildirilir.

Yuri Vaksman rus filmlərində və seriallarında çoxsaylı rolları (100-dən çox) ilə tanınır. "Molodejka" serialında Nikolay Şulmanı, "Gecə gözətçiləri" filmində Kondakovu canlandırıb.

Bundan əlavə, Vaksman Yaroslavl Kamera Teatrının həmtəsisçisi və Yaroslavl kino şirkətinin yaradıcısıdır.

Milli.Az


Etiketlər:  Molodejka serialının aktyoru vəfat etdi FOTO


RƏYLƏR