Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB

Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB

Tarix: 28 Mart 2024 21:05

Müğənni Nadir Qafarzadə aparıcı Aytən Səfərovanın "TikTok" platforması haqqındakı fikirlərinə dəstək olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Nadir Qafarzadə İnstaqramda Aytən Səfərovanın videosunu paylaşaraq bu sözləri qeyd edib: "TikTok" platforması kimin hansı səviyyədə, tərbiyədə, mədəniyyətdə, əxlaqda olduğunu üzə çıxartdı".

Qeyd edək ki, Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində "Hamı deyir ki, "TikTok" platforması camaata belə təsir edir, uşaqlarımızı məcrasından çıxarır. Yox! Sadəcə "TikTok" kimin için nə var, onu açır. Kimsə nə isə edirsə, sosial şəbəkələrin ona aidiyyəti yoxdur. Sadəcə sosial şəbəkə vasitəsilə onların daxilində nə olduğunu görürük", - deyə fikir bildirib.

Milli.Az


Etiketlər:  Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB


RƏYLƏR