Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar

Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar

Tarix: 29 Mart 2024 16:00

Xəbər verdiyimiz kimi, aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olaraq DOST TV - internet televiziyası fəaliyyətə başlayacaq.

Milli.az Bakupost-a istinadən xəbər verir ki, artıq televiziyanın aparıcı heyəti də bəlli olub. Belə ki, uzun illər müxtəlif televiziya kanallarında çalışmış bu məşhur simalar müxtəlif sosial layihələrlə DOST TV-nin efirində izləyiciləri ilə görüşəcəklər:

Şahin Əliyev - "Lider" və "ARB" kanallarında;

Rəşad Mehdili - AZTV-də;

Murad Haşımov - "AZTV", "ARB" telekanallarında, "Araz FM" radiosunda;

Sərvər Abdullayev - "ARB", "Xəzər" və "İTV" telekanallarında;

Rüstəm İbadov - Xəzər TV-də;

Fidan Cəfərova - "Xəzər", "Lider", "ANS" və "ATV" telekanallarında, "106" və "106.3" FM radiolarında;

Gülnar Əzizova - "CBC" telekanalında və AVTO FM-də;

Fərqanə Səfər - Space TV-də;

Əsmər Nəcməddinqızı - "ATV" və "ARB" 24 kanallarında çalışıblar.

Qeyd edək ki, adıçəkilən şəxslər, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən ayrı-ayrı qurumların ictimaiyyətlə əlaqələr sahəsində çalışırlar.

Milli.Az


Etiketlər:  Məşhur aparıcılar yenidən efirdə Bu kanalda çalışacaqlar


RƏYLƏR