Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya bombaladı, məşhur məşqçinin evi dağıldı

Rusiya bombaladı, məşhur məşqçinin evi dağıldı

Tarix: 29 Mart 2024 23:42

Rusiyanın Ukraynaya qarşı apardığı iki illik genişmiqyaslı müharibədə heç vaxt Odessa mart ayı ərzində olduğu qədər atəşə məruz qalmamışdı.

Hər gün sahilyanı şəhərə doğru uçan ballistik raketlər və kamikadze bombaları çoxlu sayda insan tələfatına, dağıntılara gətirib çıxarır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Odessadakı son raket hücumlarından biri əvvəllər bir neçə elit klubda - "Çernomorets", " Metallurq", "Tavriya"nın baş məşqçisi, həmçinin Ukrayna millisinin baş məşqçisinin köməkçisi kimi çalışmış məşhur ukraynalı məşqçi Semyon Altmanın evinə ziyan vurub. Güclü partlayış dalğası onun mənzilinin bütün pəncərə çərçivələrini qoparıb, içəriyə ziyan vurub.

Mövcud məlumata görə, xoşbəxtlikdən ev sahibi xəsarət almayıb - o, partlayış zamanı evdə olmayıb.

Milli.Az


Etiketlər:  Rusiya bombaladı məşhur məşqçinin evi dağıldı


RƏYLƏR