Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbulda mebel fabriki yanır - Ölən və yaralananlar var

İstanbulda mebel fabriki yanır - Ölən və yaralananlar var

Tarix: 19 Noyabr 2019 10:12

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun Kartal rayonunda yanğın baş verib. Trend-in məlumatına görə, yanğın mebel fabrikində başlayıb.

İlkin məlumata görə, yanğın nəticəsində 1 nəfər həlak olub, 5 nəfər tüstüdən zəhərlənib.

Hazırda hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.


Etiketlər:  İstanbulda mebel fabriki yanır Ölən yaralananlar var


RƏYLƏR