Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan olacaq

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan olacaq

Tarix: 30 Mart 2024 16:16

ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsini imzalayıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, qanuna görə, 14 yaşından kiçik uşaqların sosial media hesabı açması qadağan olunacaq və 14-15 yaşlı uşaqlar sadəcə valideynlərinin icazəsi ilə hesab yarada biləcəklər.

Qubernator DeSantis sosial medianın uşaqlara depressiya, özünə zərər vermə və intihar kimi müxtəlif yollarla mənfi təsir göstərdiyini deyib.

Qərarın əleyhdarları Floridada qanunun konstitusiyaya zidd olduğunu iddia edib.

Qanunun 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

Xatırladaq ki, yanvarın 25-də Florida ştatının Nümayəndələr Palatası valideynlərin icazəsindən asılı olmayaraq 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul etdi, lakin DeSantis valideyn hüquqlarını pozduğu üçün qanun layihəsinə veto qoydu.

Milli.Az


Etiketlər:  Bu ölkədə 14 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ