Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistanda bomba partladı: ölü və yaralılar var

Pakistanda bomba partladı: ölü və yaralılar var

Tarix: 30 Mart 2024 22:26

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərinin şimal-şərqində yerləşən Ernai rayonunda bomba partlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə AP nəşri ölkə polisinə istinadən məlumat yayıb.

Ernai komissarının müavini Caved Domki bildirib ki, əldəqayırma partlayıcı qurğu "Mari Petroleum"dan bir qrup qaz kəşfiyyatı apararkən partlayıb. Partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Partlayış nəticəsində 1 nəfər ölüb, 3-ü hərbçi olmaqla 14 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Pakistanda bomba partladı ölü yaralılar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ