Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbib Nurməhəmmədov ölümlə hədələndi

Həbib Nurməhəmmədov ölümlə hədələndi

Tarix: 31 Mart 2024 11:48

Dağıstanda Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədovu öldürməklə hədələyən şəxs saxlanılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Mahaçqala sakini "Instagram"da Nurməhəmmədov və Dağıstan polisi haqqında nalayiq ifadələr işlədib.

O bildirib ki, hər adamı deyil, onun tərtib etdiyi siyahıdakı insanları öldürmək lazımdır. Siyahıda adları çəkilənlər arasında Dağıstanın Dubki kəndinin polis rəisi Abdulraşid Hacıyev və Həbib Nurməhəmmədov olub.

Mahaçkala sakini onları öldürəcəyinə və irsini məhv edəcəyinə söz verib.

Videonu hüquq-mühafizə orqanlarının əməkdaşları aşkar ediblər. Müəllif tapılıb. Məlum olub ki, o, İbrahim adlı 27 yaşlı gəncdir.

O, tutularaq polis bölməsinə aparılıb və araşdırmalara başlanılıb. Hazırda cinayət işinin başlanması məsələsi həll edilir.

Bundan bir qədər əvvəl Həbib Nurməhəmmədov da "Crocus City Hall" konsert zalında törədilən terror aktını pisləyib və bu hücumun təşkilatçılarını qeyri-insan adlandırıb.


Etiketlər:  Həbib Nurməhəmmədov ölümlə hədələndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ