Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Onun cəmi 2 il ömrü qalıb, dəfn mərasimi...FOTO

Onun cəmi 2 il ömrü qalıb, dəfn mərasimi...FOTO

Tarix: 31 Mart 2024 14:32

Prostat xərçəngindən əziyyət çəkən İngiltərə kralı III Çarlz mədəaltı vəzi xərçənginə də tutulub və xəstəlik göründüyündən daha pisdir. Kralın cəmi iki il ömrünün qalıb, buna görə də dəfn mərasimi hazırlıqları gedir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Britaniyanın "In Touch" jurnalı məlumat yayıb.

Xəbəri Bukingemdəki mənbələrinə istinadən yayan "In Touch"a görə, kralın dəfn mərasimində "Operation Menai Bridge" kod adı istifadə ediləcək və mərasim Kraliça Elizabetin "Operation London Bridge" kod adlı dəfn mərasiminə bənzəyəcək.

"Menai Körpüsü Əməliyyatı" tanış protokolları əhatə edəcək. Monarx öləndə onun cənazəsi Bukingem sarayındakı taxt otağından Westminster Hall-a aparılacaq. O, dövlət mərasimi ilə torpağa tapşırılacaq və rəsmi dəfn mərasimi doqquz gün sonra keçiriləcək. Kral böyük ehtimalla Vindzor qəsrindəki kral qəbiristanlığında dəfn ediləcək.

Adı açıqlanmayan kraliyyət üzvü "In Touch"a bildirib: "Dəfn mərasimi Britaniya monarxına yaraşan şəkildə, təmtəraqlı olacaq".

Milli.Az


Etiketlər:  Onun cəmi 2 il ömrü qalıb dəfn mərasimiFOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ