Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bələdiyyə sədrliyinə namizədin avtomobilinə silahlı hücum: türbədən qayıdarkən... - FOTO

Bələdiyyə sədrliyinə namizədin avtomobilinə silahlı hücum: türbədən qayıdarkən... - FOTO

Tarix: 31 Mart 2024 17:50

Kırıkkaledə Milliyyətçi Hərəkat Partiyasından (MHP) bələdiyyə sədrliyinə namizəd Halil İbrahim Bişkinə silahlı hücum edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Baxşılı ilçəsinin bələdiyyə sədrliyinə namizəd olan Bişkinin avtomobilinə silahlı hücum baş tutub.

Namaz qılmaq üçün getdiyi Kırıkkaledəki Topal Dədə türbəsindən qayıdarkən naməlum şəxslər tərəfindən hücuma məruz qalan Bişkin xəsarət almadan xilas olub.

"Allah qorusun, bir seçkiyə görə kiminsə burnunun belə qanamasını istəmərik. Sürücü dostum dərhal reaksiya verərək bizi oradan uzaqlaşdırdı", - deyə Bişkin bildirib.

Qeyd edək ki, silahlı hücum zamanı onun avtomobilinə zərər dəyib.

Milli.Az


Etiketlər:  Bələdiyyə sədrliyinə namizədin avtomobilinə silahlı hücum türbədən qayıdarkən FOTO


RƏYLƏR