Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2024 18:06
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Pasxa bayramı ilə əlaqədar Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi "Urbi et Orbi" ("Romaya və dünyaya") çıxışı zamanı Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesindən danışıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, katoliklərin ruhani lideri müharibədən sonra aparılan danışıqların əhəmiyyətini vurğulayıb.
Roma Katolik Kilsəsinin rəhbərinin fikrincə, tərəflər beynəlxalq ictimaiyyətin dəstəyi ilə dialoqu davam etdirə, köçkünlərə kömək edə, müxtəlif dini konfessiyaların ibadət yerlərinə hörmətlə yanaşa və ən qısa zamanda qəti sülh sazişinin imzalanmasına nail ola bilərlər.