Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona”nın “El Klassiko”da itki təhlükəsi - FOTO

“Barselona”nın “El Klassiko”da itki təhlükəsi - FOTO

Tarix: 1 Aprel 2024 12:20

"Barselona" ciddi itki təhlükəsi ilə üzləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Xavi "Real"la "El Klassiko"da iki futbolçusundan yararlanmaya bilər.

Robert Levandovski və Joao Kanselunun cəzalanmaq təhlükəsi yaranıb. Bu iki futbolçu və İnyiqo Martines "Las-Palmas"la görüşdə (1:0) aldıqları sarı vərəqələr üzündən cəzalı duruma düşüblər. Onlar növbəti turun "Kadis"lə görüşünü buraxmalı olacaqlar.

Amma Levandovski və Kanselunun bilərəkdən sarı vərəqə almaları şübhəsi yaranıb. Hər iki oyunçu "Kadis"lə qarşılaşmada vərəqə almaq təhlükəsindən qaçmaq üçün həmin görüşü buraxmaq məqsədilə belə etməkdə diqqət çəkib. Çempionatın intizam məcəlləsində bununla bağlı xüsusi bənd var. Əgər futbolçu cəzalı duruma düşmək üçün bilərəkdən sarı vərəqə alırsa, bir deyil, iki matçlıq diskvalifikasiya olunur.

Qeyd edək ki, bu barədə qərarı federasiyanın İntizam Komitəsi verəcək.

Milli.Az


Etiketlər:  Barselonanın El Klassikoda itki təhlükəsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ