Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Avtobus gözlədiyim yerə "Rolls-Royce"la gəldim" - FOTO

Tarix: 1 Aprel 2024 12:20

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, böyüdüyü Bülbülə qəsəbəsindəki evlərinə yollanıb. 

Ora bahalı "Rolls-Royce" maşını ilə gedən Həsənov "Buraya gəldim. Hansı ki, burada kiçik yaşlarımda bir neçə il yaşamışam. Marşrut avtobusu gözlədiyim yerə "Rolls-Royce" avtomobili ilə gəlmək çox gözəl hisslərdir" sözlərini qeyd edib.

Digər paylaşımda isə Həsənov Nardaran ərazisində aldığı yeni mənzilinin təmirini bitirdiyi ilə bağlı görüntülər yayımlayıb. Bloger bildirib ki, yeni mənzilinin açarlarını ona mayın 20-si təqdim edəcəklər.

Milli.Az


Etiketlər:  Avtobus gözlədiyim yerə Rolls Roycela gəldim FOTO


RƏYLƏR