Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lukaşenkonun cangüdəni öldü - Zəhərləyiblər?

Lukaşenkonun cangüdəni öldü - Zəhərləyiblər?

Tarix: 1 Aprel 2024 17:56

Yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı zəhərləndiyi ehtimal edilən Belarus prezidenti Aleksandr Lukaşenkonun təhlükəsizlik əməkdaşı ölüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu məlumatı Belarus liderinin ətrafındakı iki mənbə təsdiqləyib. "Kremlevskaya tabakerka" teleqram kanallarının məlumatına görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri xəstələnib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan - talliumdan zəhərlənmə diaqnozu qoyulduğu iddia edilir.

"Belarus bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lukaşenkonun özünün reaksiyası hələ ki, məlum deyil", - telekanal vurğulayır.

Milli.Az


Etiketlər:  Lukaşenkonun cangüdəni öldü Zəhərləyiblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ