Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropanın ən dəyərli klubları

Avropanın ən dəyərli klubları

Tarix: 1 Aprel 2024 19:32

Avropanın ən dəyərli klublarının adları açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Transfermarkt"ın tərtib etdiyi siyahıya "Mançester Siti" başçılıq edir.

"Şəhərlilər"in dəyəri 1,2 milyard avrodur. Onları "Arsenal" və "Real" izləyir.

İlk "10-luğ"a İtaliyanın heç bir klubu daxil edilməyib. Milan "İnter"i bu reytinqdə 622 milyon avro dəyərində 13-cüdür.

Avropanın ən bahalı 10 klubu:

1. "Mançester Siti" (İngiltərə) - 1,2 milyard avro.
2. "Arsenal" (İngiltərə) - 1,12 milyard avro.
3. "Real" (İspaniya) - 1,04 milyard avro.
4. PSJ (Fransa) - 1,02 milyard avro.
5. "Bavariya" (Almaniya) - 929 milyon avro.
6. "Çelsi" (İngiltərə) - 928 milyon avro.
7. "Liverpul" (İngiltərə) - 921 milyon avro.
8. "Barselona" (İspaniya) - 840 milyon avro.
9. "Tottenhem" (İngiltərə) - 777 milyon avro.
10. "Mançester Yunayted" (İngiltərə) - 734 milyon avro.

Milli.Az


Etiketlər:  Avropanın ən dəyərli klubları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ