Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 15:00
Bələd olmadığı məsələlərdən, bilmədiyi məqamlardan bəhs edən insan üçün sükut həmişə sonradan utanmağa vadar edəcək əməl qarşısınqda qalxandır.
Dil insan orqanizminin kiçik əzalarından olsa da, böyük problemlər yarada bilir.
Milli Məclisin deputatı Arzu Nağıyev yenə və həmişə olduğu kimi, "patetik çıxış" yapıb.
O, ARB telekanalına verdiyi açıqlamasında "Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndi 1990-cı illərdə ermənilər tərəfindən işğal olunmuş kəndlərdir. Onların 4-ü tam şəkildə Azərbaycan kəndləri olub, əvvəllər də azərbaycanlılar orada yaşayıblar".
Daha sonra o, bildirib: "Paşinyanın da dediklərindən məlum olur ki, bu kəndlər qaytarılmasa, verilməsə, hərbi əməliyyatlar ola bilər".
Cənab Nağıyev bir neçə cümləlik, qısa açıqlamasında ampluasına sadiq qalaraq paradoksal "fikir"lər söyləyib.
Əvvəla, deputatın nəzərinə çatdırmaq istərdik ki, Qazaxın "4" yox, 7 kəndi Azərbaycanın erməni işğalında olan yaşayış məntəqələridir.
Buyurub, həmin kəndlərin adlarını yadda saxlamağa çalışsın: Bağanis Ayrım, Soyulu, Xeyrimli, Barxudarlı, Yuxarı Əskipara, Qızılhacılı və Aşağı Əskipara.
Azərbaycanın bundan sonra hansı addımlar atacağını, erməni işğalında olan kəndlərimizin azad edilməsi ilə bağlı prosesin məzmununa və gedişatına isə rəsmi Bakı qərar verir - Nikol Paşiyan yox.
Özünün dediyinə inansaq, "ömrünün yarısını orqanda keçirmiş" şəxs, xüsusilə də deputat dediklərinə diqqət etməlidir.
Çətin olsa da...