Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 15:26
"Hazırda 60 mindən artıq işləyən pensiyaçımız var".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sosial şəbəkə hesabında canlı yayımda deyib.
O bildirib ki, əhalinin işləməyə daha çox meyilli olduğunu nəzərə alsaq, bu rəqəm getdikcə artacaq: "Pensiyaya çıxdıqdan sonra da işləyən vətəndaşlarımız var. Onlar 6 il işlədikdən sonra hər il indeksasiya olunaraq artmış kapitalları pensiyalarının üzərinə gələcək. Bu gün bu müraciət əsasında həyata keçirilir. Hazırda elektron proqram da hazırlanır, düşünürəm ki, cari ildə biz onu istifadəyə verəcəyik. Lakin bu ilin sonuna qədər bunun proaktiv qaydada həyata keçirilməsi planlaşdırılır. Hər il bu hüquqdan istifadə edən 10-12 min vətəndaşımız var".