Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arda bu kluba transfer olmağa razılıq verdi - Tək şərti var

Arda bu kluba transfer olmağa razılıq verdi - Tək şərti var

Tarix: 2 Aprel 2024 17:08

La Liqa komandalarından olan "Real Sosyedad" Arda Güleri icarəyə götürmək üçün hərəkətə keçib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Real Madrid"in prezidenti Florentino Peres və klub rəhbərliyinin Arda Gülerin özünü inkişaf etdirməsi və daha çox oynaması üçün başqa kluba icarəyə verməsi ilə bağlı razılığa gəldiyi bildirilib. "Gol Digital"ın məlumatına görə, "Real Madrid"in Arda Güleri satmaq haqqı olmadan icarəyə göndərməyə razıdır. Məlumata görə, Arda Gülerin bu transferin reallaşması üçün şərtinin olduğu bildirilib. Futbolçu icarəyə gedəcəyi klubda əsas heyətdə oynamaq istəyir. Xəbərdə xatırladılıb ki, Arda Gülerin transfer üçün müntəzəm oynamaq tələbi "Real Sosyedad"da müzakirə edilir.

Bildirilir ki, "Real Sosyedad" infrastrukturunda çıxış edən bir çox gənc futbolçu da əsas heyətdə oynamaq üçün şans istəyir.

Milli.Az


Etiketlər:  Arda bu kluba transfer olmağa razılıq verdi Tək şərti var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ