Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Crocus”da terakt zamanı qəhrəmanlıq göstərmiş məktəbli mükafatlandırıldı

“Crocus”da terakt zamanı qəhrəmanlıq göstərmiş məktəbli mükafatlandırıldı

Tarix: 2 Aprel 2024 19:10

Moskva vilayətində "Crocus City Hall"da 100-dən çox insanın xilasına kömək edən məktəbli İslam Xəlilova Rusiyanın istənilən universitetlərində təhsil ala bilmək üçün qrant verilib.

15 yaşlı məktəblinin mükafatlandırma mərasimi Dövlət Dumasında keçirilib. O, "Qırğızıstanla Dostluq Cəmiyyəti" muxtar qeyri-kommersiya təşkilatının təşəbbüsü ilə qrant alıb.

Qeyd edək ki, terror baş verən günü o, qarderobda işləyib. Terrorçuların lap yaxınlığında olmasına baxmayaraq, o, insanlara binadan çıxmaq üçün kömək edib: tamaşaçıları dar keçiddən "Crocus Expo"nun ərazisinə aparıb, sonra onları xidmət binasından keçirərək küçəyə çıxarıb. Məktəbli sonradan bildirib ki, o, qətiyyətli və tez hərəkət etməli olduğu üçün həyatının təhlükədə olması barədə fikirləşməyib.

Məktəbli Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin tərəfindən "Xidmətlərə görə" müsəlman medalı ilə təltif edilib. Bundan əlavə, yeniyetmə Dövlət Dumasında mükafat alıb. Xəlilovla yanaşı, "Crocus" tamaşaçılarının xilas edilməsində iştirak edən digər məktəblilər də orada mükafatlandırılıblar.

Milli.Az


Etiketlər:  Crocusda terakt zamanı qəhrəmanlıq göstərmiş məktəbli mükafatlandırıldı


RƏYLƏR