Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda qatar relsdən çıxdı

İranda qatar relsdən çıxdı

Tarix: 19 Noyabr 2019 13:28

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Marağa rayonu ərazisində Təbriz-Tehran qatarının iki vaqonu relsdən çıxıb.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti Marağa rayonu fövqəladə hallar idarəsinin rəsmisi Nəqi Meskini deyib.

N.Meskininin sözlərinə görə, vaqonların relsdən çıxması nəticəsində insan itkisi olmayıb.

Meskini əlavə edib ki, vaqonların sərnişinləri müvəqqəti olaraq rayonun Xodacu şəhərinə nəql olunublar.

İdarə rəsmisi hadisənin mütəxəssislər tərəfindən araşdırıldığını deyib.

Hazırda Marağa-Təbriz istiqamətində iki qatarın baş verən hadisəyə görə gecikmə ilə çatacağı bildirilir.


Etiketlər:  İranda qatar relsdən çıxdı


RƏYLƏR