Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2 milyonluq azərbaycanlı futbolçu Kvaratsxeliya ilə eyni “15-lik”də

2 milyonluq azərbaycanlı futbolçu Kvaratsxeliya ilə eyni “15-lik”də

Tarix: 3 Aprel 2024 13:54

Postsovet məkanı ölkələrinin ən bahalı futbolçuları açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, cədvəldə keçmiş SSRİ-nin dağılmasından sonra müstəqilik əldə edən 15 ölkənin ən yüksək transfer dəyərinə malik bir oyunçusu yer alıb.

Siyahıya Xviça Kvaratsxeliya başçılıq edir. "Napoli"də forma geyinən Gürcüstan millisinin hücumçusunun dəyəri 80 milyona avrodur.

Rekordçularının qiymətinə görə Ukrayna ikinci, Rusiya üçüncüdür. "Arsenal"da forma geyinən Aleksandr Zinçenko 42, "Monako"nun futbolçusu Aleksandr Qolovin 30 milyon avro ilə qiymətləndirilir.

Azərbaycanın ən bahalı futbolçusu Renat Dadaşovdur. "Hatayspor"da çıxış edən forvardın dəyəri 2 milyon avrodur. O, Litva, Estoniya və Belarus rekordçuları ilə birlikdə "15-lik"də 8-11-ci yerləri bölüşür.

Qeyd edək ki, yalnız iki postsovet ölkəsində - Qırğızıstan və Türkmənistanda ən bahalı oyunçunun qiyməti 1 milyon avrodan aşağıdır.

Milli.Az


Etiketlər:  2 milyonluq azərbaycanlı futbolçu Kvaratsxeliya ilə eyni 15 likdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ