Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda qalmaqallı qanun yenidən müzakirəyə çıxarılacaq

Gürcüstanda qalmaqallı qanun yenidən müzakirəyə çıxarılacaq

Tarix: 3 Aprel 2024 16:56

Gürcüstanın hakim "Gürcü arzusu" partiyası "Xarici agentlər haqqında" qalmaqallı qanunu yenidən parlamentə təqdim etməyi planlaşdırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze açıqlayıb. 

Onun sözlərinə görə, analoji qanunlar artıq ABŞ, İsrail və Avstraliyada tətbiq edilir. 

Xatırladaq ki, Gürcüstanda "Xarici agentlər haqqında" qanun 2023-cü ilin martın 7-də birinci oxunuşda qəbul edilib. Bunun ardınca paytaxt Tbilisidə kütləvi etiraz aksiyaları keçirilib və 60-dan çox insan saxlanılıb. Aksiya iştirakçıları parlamentin binasını yandırıb və binanı daşa tutublar. Həmin il martın 10-u isə Gürcüstan parlamenti sözügedən qanunu geri götürüb.

Milli.Az


Etiketlər:  Gürcüstanda qalmaqallı qanun yenidən müzakirəyə çıxarılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ