Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz?

Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz?

Tarix: 4 Aprel 2024 07:00

Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. Vitamin çatışmazlığı orqanizmdə bir çox problemlər yaradır.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, əlamətlərinə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyinizi təxmini müəyyən edə bilərsiniz.

- Uzunmüddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulması - B1, B12 vitamini çatışmazlığı;

- Dəri xəstəlikləri və sinir sistemi pozuntuları, eləcə də dodaq və dildə çatların əmələ gəlməsi - B6 vitamini çatışmazlığı;

- Qan azlığı - Fol turşusu, B12 vitamini və ya dəmir çatışmazlığı;

- Saç və dırnaq problemləri - H vitamini (biotin) və B7 vitamini çatışmazlığı;

- Görmə problemləri - A vitamini çatışmazlığı;

- Sümük ağrıları - D vitamini çatışmazlığı;

Qeyd edək ki, dəqiq nəticə üçün həkimə müraciət edib testlərdən keçmək vacibdir. Özbaşına vitamin əlavəsi almaq tövsiyə edilmir.


Etiketlər:  Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz


RƏYLƏR