Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Allahverdi Yolçuyev: “Ümid edirəm əməliyyat yaxşı keçər” - YENİLƏNİB

Allahverdi Yolçuyev: “Ümid edirəm əməliyyat yaxşı keçər” - YENİLƏNİB

Tarix: 4 Aprel 2024 16:40

16:35

Tanınmış aktyor Allahverdi Yolçuyev yaxın günlərdə əməliyyat olunacaq.

Milli.Az xəbərə verir ki, bu barədə Oxu.Az-a aktyorun özü məlumat verib.

O, dörd ildir ki, Parkinson xəstəliyi ilə mübarizə apardığını qeyd edib:

"Bu xəstəlik beyin hüceyrələrini öldürür. Əlim əsir, dayanmır. İnkişaf etmiş ölkələrdə bu xəstəliyi müalicə edirlər. Lakin əməliyyat da olunmalısan. Əməliyyatı bahadır. Əməliyyat edib, beyinə çip yerləşdirirlər. Artıq bizdə də bu əməliyyatı edirlər. İki nəfər əməliyyat edilib. Beyinə çip yerləşdirmə əməliyyatı müvəffəqiyyətlə nəticələnib.

Həkimlə də görüşdüm. Bir həftəyə müayinə prosesi baş tutacaq. Hər şey uyğun olsa, yaxın günlərdə əməliyyat oluna bilərəm".

A.Yolçuyev əməliyyatın təhlükəsi olmadığını əlavə edib:

"Başqa yolum yoxdur. Əməliyyat olunmalıyam. Çünki əsmə getdikcə artır. Əməliyyatın ödənişini də klinika öz üzərinə götürüb. Dəstək olan hər kəsə təşəkkür edirəm. Rahatam. Qorxum yoxdur. Əsmə əslində eybəcərlik deyil. Sadəcə narahat olanda çox pis oluram. Beyinlə əlaqədardır, əsəbi olursan, qorxursan, gözünə kimsə görünə bilər. Ümid edirəm ki, yaxşı olar".

Xatırladaq ki, ötən gün verilişlərin birində aktyor Allahverdi Yolçuyev əməliyyat olunacağını dilə gətirib.

---------

09:02

Uzun zamandır "Parkinson" (həyat səviyyəsini pozan, hərəkətlərdə yavaşlama və sarsıntı ilə başlayan və müalic təqdirdə insə olunmadığıanları yataqdan asılı vəziyyətə gətirən bir xəstəlik - red.) xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev əməliyyat olunacaq.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətkar "Həmin Zaur" verilişində məlumat verib.

Yolçuyev bildirib ki, bir sıra xarici ölkələrdə gerçəkləşən bu əməliyyat artıq Azərbaycanda da mümkümdür:

"Şükür ki, artıq Azərbaycanda da beyinə çip yerləşdirmə əməliyyatını edirlər. Qazaxıstanda bu əməliyyatın qiyməti 10 min dollardan çox idi. Türkiyədən gələn həkimlər demişdilər ki, "sənətçidir, 30 minə yox, 25 min dollara edərik". Bu yaxınlarda isə Türkiyədən bir professor gəlmişdi, o da dedi ki, "aparaq Türkiyədə edək", amma mən qorxdum, razılaşmadım. Şükür ki, indi Azərbaycanda var".

Proqramın gedişatında Allahverdi Yolçuyevin əməliyyat xərci (təxminən 37 min manat) xəstəxana tərəfindən təmannasız şəkildə qarşılanacağı diqqətə çatdırılıb.

Milli.Az


Etiketlər:  Allahverdi Yolçuyev Ümid edirəm əməliyyat yaxşı keçər YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ