Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada NATO bazaları peyda olarsa, hədəfimiz olacaq

Ukraynada NATO bazaları peyda olarsa,  hədəfimiz olacaq

Tarix: 4 Aprel 2024 10:26

Əgər NATO bazaları Ukrayna ərazisində peyda olarsa, onlar Rusiyanın qanuni hədəfinə çevriləcək.

"Report" xəbər verir ki, bunu yerli KİV-ə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"Bu bazalar yanacaq. Orada (Ukrayna ərazisində) artıq Yavorovski poliqonu var idi. Həmin poliqonda NATO Ukrayna hərbçilərinə təlim keçirdi. Oranın aqibəti məlumdur. Bu, tamamilə qanuni hədəfdir", - diplomat vurğulayıb.

Milli.Az


Etiketlər:  Ukraynada NATO bazaları peyda olarsa hədəfimiz olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ