Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Tarix: 4 Aprel 2024 10:30

Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır.

İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb.

İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb.

Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir.

Münaqişə bitdikdən sonra Ermənistanın Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etdirməsi, 2021-ci il Ermənistan istehsalı olan minlərlə piyada əleyhinə mina aşkar edilməsi

Mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma torpaqlarına qayıdışı prosesini ləngidir, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır.

Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən dəstək məhduddur.

Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biri kimi - bu siyasətin əsası Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulub, məhz onun uzaqgörənliyi nəticəsində 25 il əvvəl ANAMA yaradılıb.

Azərbaycanın qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfəsi

2023-cü ilin mayında Ağdamda "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq konfransın keçirilməsi, Cənab Prezidentin konfrans iştirakçılarına müraciətini xatırladaq

2023-cü ildə Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edib.
4 il ərzində sədrlik etdiyimiz Qoşulmama Hərəkatında Azərbaycanın təşəbbüsü ilə Humanitar minatəmizləmə və əlaqəli məsələlərdə məsləhətləşmə və praktiki əməkdaşlıq üzrə Təmas Qrupunun yaradılması razılaşdırılıb.
Azərbaycanın təşəbbüsü ilə UNESCO silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının xüsusi bir istiqaməti kimi, minaların mədəni mülkiyyətə təsiri mövzusunda xüsusi qətnamə qəbul olunub.

Milli.Az


Etiketlər:  Bu gün Beynəlxalq Mina Xəbərdarlığı Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ