Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan Makrona xəbərdarlıq: Onu xatırla, sənin taleyin daha faciəli ola bilər

Rusiyadan Makrona xəbərdarlıq: Onu xatırla, sənin taleyin daha faciəli ola bilər

Tarix: 4 Aprel 2024 14:34

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun nöqteyi-nəzərindən Rusiyanın təhlükəsizliyinə təhdidlərin cavabsız qalmayacağını qeyd edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Aleksandr Qruşko "Sputnik"-ə açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalı ilə bağlı sözlərini dəyərləndirib.

"Ölkəmizin təhlükəsizliyinə heç bir təhdid cavabsız qalmayacaq. Bir vaxtlar ölkəmizə qoşun yeridənlərin sonunu xatırlayırıq, indi isə mümkün olan fəsadlar daha faciəvi olacaq",- nazir deyib.

Qruşko Fransa liderinin Ukraynaya qoşun yeritmək ideyasının NATO, ABŞ və bir çox digər Avropa ölkələri tərəfindən dərhal rədd edildiyini xatırladıb:

"Xarici və ya daxili siyasi məqsədlərindən asılı olmayaraq, bu cür iddialar, xüsusilə Avropada onsuz da gərgin olan hərbi-siyasi vəziyyət kontekstində məsuliyyətli siyasətçilər üçün qəbuledilməzdir. Ukrayna böhranı öz coğrafiyasından kənara çıxa və bir problem olaraq tamamilə fərqli bir ölçü qazana bilər".

Milli.Az


Etiketlər:  Rusiyadan Makrona xəbərdarlıq Onu xatırla sənin taleyin daha faciəli ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ