Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çox istəyərdim Təhminə roluna çəkilim"

Tarix: 4 Aprel 2024 20:10

Xalq artisti Naibə Allahverdiyeva arzusunda olduğu obrazdan danışıb.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə o, "Xəbərin var?" proqramında açıqlama verib. Aktrisa deyib ki, "Təhminə" filmində Meral Konratın canlandırdığı Təhminə rolunu oynamaq istəyib:

"Çox istəyərdim "Təhminə" filmində Təhminəni oynayım. O rolu çox istəyərdim. İndi də oynayaram. Çünki arzum olub. Yəqin həyatı ilə bağlı yaxınlıq var. Qadınlar emosional olurlar. Allah qadını sevgi ilə yaradıb. 80 yaşında ruhu sönmüş bir qadına belə "çox gözəlsən" desən, bir anın içində dəyişir. Gözünün içinə parlaqlıq qayıdır, özünü çox gözəl, cavan hiss edir. 

Qadın gözəllik simvoludur, dünyanın ətridir. Həm də sevgi acıdır. O da Təhminə obrazında var. Yəqin ki, ona görə aktrisalar o obrazı canlandırmaq istəyirlər. Həmin obrazı oynamaq üçün zəngin material var. Həm sevgi, həm də ayrılıq əks olunub. Qadınlar da melonxonik olurlar".

Qeyd edək ki, bir müddət öncə Əməkdar artist Mehriban Xanlarova həmin obrazın təklifinin birinci ona gəldiyini, hətta Xalq artisti Fəxrəddin Manafovla məşqlər etdiyini, lakin sonradan Konratın seçildiyini açıqlayıb. 

Bundan əlavə aktrisa Pərvin Abıyeva həmin rolda oynamaq istədiyini açıqlayıb. 

Milli.Az


Etiketlər:  Çox istəyərdim Təhminə roluna çəkilim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ