Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış “qanuni oğru” həbs ediləcək - FOTO

Tanınmış “qanuni oğru” həbs ediləcək - FOTO

Tarix: 5 Aprel 2024 09:58

Rusiyada cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda təqsirləndirilən "qanuni oğru" Teko Tbilisskinin qiyabi həbsi tələb edilir.

Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, müvafiq vəsatət Moskvanın Tverskoy Məhkəməsinə daxil olub. Baxış tarixi hələ təyin edilməyib.

Müstəntiqlərin fikrincə, 50 yaşlı kriminal lider 1992-ci ildən bəri kriminal iyerarxiyada ən yüksək vəzifəni tutur. 2015-ci ilin iyununda o, Moskvada saxlanılıb və üzərindən heroin götürülüb. 2018-ci ilə qədər Tbilisski xüsusi rejimli həbsxanalarda olub. Koloniyanı tərk etdikdən sonra o, cinayətkar təsir dairəsini Moskva, Moskva vilayəti və Tatarıstanın müxtəlif islah müəssisələrinə genişləndirib.

Teko azad edildikdən sonra Tbilisski pasportunda adını dəyişərək Yakov Mixayloviç İzmailov olub. 2020-ci ilin martından o, federal axtarışdadır.


Etiketlər:  Tanınmış qanuni oğru həbs ediləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ