Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qara Qarayevə görə “Qarabağ” cərimələndi

Qara Qarayevə görə “Qarabağ” cərimələndi

Tarix: 5 Aprel 2024 16:26

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

"Neftçi" - "Qarabağ" görüşündə "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Neftçi" klubu 700 manat cərimə edilib.

"Neftçi" - "Qarabağ" görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" klubu 800 manat cərimə edilib.

"Neftçi" - "Qarabağ" görüşündə "Qarabağ" azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə "Qarabağ" klubu 1000 manat cərimə edilib.

Qeyd edək ki, "Qarabağ" azarkeşləri "Neftçi"nin futbolçusu Qara Qarayevi təhqir etmişdilər. 

Milli.Az


Etiketlər:  Qara Qarayevə görə Qarabağ cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ