Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe transferi rəsmən bitdi - Detallar

Mbappe transferi rəsmən bitdi - Detallar

Tarix: 5 Aprel 2024 16:48

PSJ klubunun futbolçusu Kilian Mbappe "Real Madrid"lə müqavilə imzalayıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat verib. Bildirilir ki, Mbappe fevral ayının ilk həftəsində 5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Mbappenin AVRO-2024-də heç bir təzyiq olmadan oynamaq istədiyi, bu səbəbdən onun "Real Madrid"ə keçidinin turnirdən əvvəl açıqlanacağı bildirilib. Bununla bağlı İspan nəhəngi ulduz futbolçu ilə anlaşıb. Xəbərdə "Real Madrid"in Kilian Mbappenin komandası ilə transferin rəsmi şəkildə açıqlanması üçün anlaşdığı və bütün təşəbbüsün ulduz futbolçuya aid olduğu qeyd edilib.

Qeyd edək ki, Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Milli.Az


Etiketlər:  Mbappe transferi rəsmən bitdi Detallar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ