Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanı fəlakətli vəziyyət gözləyir: dövlət borcu...

Fransanı fəlakətli vəziyyət gözləyir: dövlət borcu...

Tarix: 5 Aprel 2024 17:42

Avropa Parlamentinin (AP) fransalı üzvü Coffrua Didye dövlət maliyyəsinin fəlakətli vəziyyətdə olduğunu bildirərək, ölkənin dövlət borcunun artmasına işarə edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, Avropa Komissiyasına müraciəti çərçivəsində fikirlərini bölüşüb.

"Fransa 2017-ci ildən bəri əlavə 900 milyard avro borc toplayıb, onun dövlət kəsiri 2023-cü ildə ümumi daxili məhsulun (ÜDM) ən azı 4,9%-nə çatacaq", - deyən fransalı deputat, ölkənin dövlət borcunun bu il 57 milyard avroya yüksələcəyini qeyd edib.

Bu baxımdan, Didye hökumətin "fəlakətli fiskal idarəçiliyinə" işarə edib, çünki büdcə kəsiri onun proqnozuna görə, Fransa hökumətinin nəzarətindən kənarda qalmağa davam edəcək. O, 2024-cü və 2025-ci illərdə kəsirin müvafiq olaraq ÜDM-in 5,7% və 5,9%-nə çata biləcəyinə diqqət çəkib ki, bu da daha aşağı miqyasda olan rəsmi statistikaya uyğun gəlmir.


Etiketlər:  Fransanı fəlakətli vəziyyət gözləyir dövlət borcu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ