Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2024 17:54
Zədələri ilə mübarizə aparan, daha sonra ötən yay "Real"a transfer olunduqdan sonra oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülər üçün transfer söz-söhbətləri yayılmaqda davam edir.
Sonxeber.net Offsideplus.az-a istinadən bildirir ki, "kral klubu"nda oynamaq imkanı olmayan Arda "Sevilya"ya icarəyə göndərilə bilər.
19 yaşlı futbolçunun "Real"da ehiyat oyunçular skamyasında qalaraq karyerasının kəsilməsini istəmədiyi və başqa La Liqa komandasına icarəyə getməyi xoş qarşılayacağı iddia edilir.
Arda indiyədək paytaxt klubunun heyətində 7 matçda iştirak edib və cəmi 98 dəqiqə meydanda olub. Gənc futbolçu bu müddətdə 1 dəfə fərqlənib.