Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu bərbər saçı 15 min dollara kəsir - FOTO

Bu bərbər saçı 15 min dollara kəsir - FOTO

Tarix: 5 Aprel 2024 21:22

Hollivudlu Filipp dünyanın ən bahalı bərbəridir. O saçı 15 min dollara kəsir. Fillipin növbəsinə düşmək üçün insanlar 1 il öncədən növbəyə dayanmalı olurlar.

Milli.Az lent.az-a istinadən bildirir ki, onun müştəriləri yalnız zəngin adamlardır. Filipp insanın üz quruluşuna uyğun düzüm edir, kompüter vasitəsilə ən yaraşan saç modelini seçir.

Filipp bir müştəriyə 3 günə xidmət göstərir. Əlbəttə, Filipp saça qulluq göstərərkən ən bahalı vasitələri seçir. Onun xidmətindən istifadə etmək üçün xarici ölkələrdən də müştərilər axın edir. Müştərilərin rahatlığı üçün onları hava limanında  xüsusi lüks avtomobillə qarşılayıb, yola salır. Qonaqlar studiyaya mühafizəçilərin müşaiyəti ilə gəlib gedirlər.

Onun əsas müştəriləri Hollivud ulduzları və milyarderlərdir.

Şahzadə Meqan Marklın toyu günü saçlarını bəzəmiş, deyilənə görə bu xidmətə görə 45 min dollar bəxşiş almışdı.

Milli.Az


Etiketlər:  Bu bərbər saçı 15 min dollara kəsir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ