Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paltaryuyanın tez xarab olmaması üçün bunu edin

Paltaryuyanın tez xarab olmaması üçün bunu edin

Tarix: 6 Aprel 2024 13:10

Paltaryuyan maşınlar ev işlərinin yükünü ən çox yüngülləşdirən elektronik məişət texnikaları arasında birinci yerdədir.

Ancaq bəzən maşınlar müəyyən problemlərə görə təmiz yumur.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu problemlərdən birincisi ərpdir. 

Adətən suyun və tərkibindəki mineralların sərtliyi nəticəsində yaranan ərp (əhəngdaşı) maşından çıxarılmalı olan əsas problemlərdən biridir.

Paltaryuyan maşınlarınızın həm gücünü, həm də istifadə müddətinə birbaşa təsir edən bu əhəngdaşı problemindən xilas olmaq sadədir.

Maşınınızın ömrünü uzatmaq istəyirsinizsə, bunun üçün 1 stəkan limon suyu idealdır. Limon suyu paltaryuyan maşınınızın ömrünü uzatmaq və məhsuldarlığını artırmaq üçün təbii bir həlldir.

Limon suyu tərkibindəki təbii turşular sayəsində əhəngləri əridir və pis qoxuları aradan qaldırır. Bundan əlavə, pas əleyhinə xüsusiyyətlərə malik olaraq paltaryuyan maşının ömrünü uzadır.

Bu üsul olduqca sadədir. Paltaryuyan maşının yuyucu toz qoyulan hissəsinə bir stəkan limon suyu tökmək kifayətdir. Sonra adi yuma proqramı seçərək maşınınızı işə sala bilərsiniz.

Bu sadə üsulla siz maşınınızı həm əhəngdaşından, həm də pis qoxudan təmizləyəcəksiniz.

Milli.Az


Etiketlər:  Paltaryuyanın tez xarab olmaması üçün bunu edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ