Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2024 15:05
"Anam Günel 10 il sonra yeni avtomobil aldı. Çünki bu illər ərzində o, maşınını dəyişdirməmişdi".
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Günel Məhərrəmovanın oğlu Əli anası ilə birlikdə qonaq olduqları "Günaydın, Azərbaycan!" verilişində deyib.
Sənətçinin övladı anası ilə olan münasibətlərindən söz açıb: "Anam mənim üçün çox gözəl anadır. Hamı üçün onun anası əzizdir. Məktəbdə hamı bilir ki, mənim anam Günel Məhərrəmovadır.
Anamla fəxr edirəm. Mən 30 apreldə dünyaya gəlmişəm. Bürcüm isə buğadır. Evdə bəzən böyük və ya kiçik davalar olur, sonra isə öz aramızda onları həll edirik".