Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2024 16:22
İranın cənub-şərqində 4,5 maqnitudalı zəlzələ olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, zəlzələnin episentri ölkənin Kirman ostanının Şəhdad şəhristanından 24 km aralıda olub. Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib.
Agentlik bildirib ki, ostanın mərkəzi Kirman şəhərinin əhalisi də yeraltı təkanları hiss edib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.