Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2024 22:20
2531-ci ilə qədər Yaponiyada hər kəs Sato soyadına sahib olacaq.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Mainichi" qəzeti Senday şəhərindəki Tohoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoşidanın apardığı araşdırmaya istinadən məlumat yayıb.
Alim qeyd edib ki, əgər ölkə hakimiyyəti hələ 1896-cı ildə qəbul edilmiş mülki məcəllədə dəyişiklik etməsə, bu baş verəcək. Sənədə görə, nikahdan sonra ər və arvad eyni soyadda olmalıdırlar.
Yosida Myoji-yurai.net ad və soyadların elektron reyestrini təhlil edib, bu da digər şeylərlə yanaşı, yayılma sırası ilə soyadların sıralamasını təqdim edir. Bu gün Yaponiyada Sato soyadı ən çox yayılıb, ondan sonra Sudzuki soyadı gəlir.
2023-cü ilə olan məlumata görə, onun sahibləri əhalinin 1,529 faizini təşkil edir (2018-ci ildə "Meydzi Yasuda" sığorta şirkətinin məlumatına görə, bu pay 1,53 faiz təşkil edib). Alim bu payı və təxmini artım templəri haqqında məlumatları götürərək müəyyən edib ki, mövcud mülki qanunvericiliyə əsasən, Sato soyadlı Yaponiya əhalisinin payı 2022-ci ildən 2023-cü ilə qədər 1,0083 dəfə artıb.
Professorun hesablamalarına görə, 2446-cı ilə qədər ölkə sakinlərinin yarıdan çoxu bu soyadı, 2531-də isə bütün Yaponiya vətəndaşları daşıyacaq.
Mütəxəssis aydınlaşdırıb ki, onun proqnozları bir neçə fərziyyəyə əsaslanır, lakin ümumilikdə doğrudur. "Hər kəs Sato olarsa, o zaman ad və ya nömrə ilə müraciət etməli ola bilərik", - deyib.
2017-ci ildə baş nazirlik aparatı sorğu keçirib ki, vətəndaşların 43 faizi bu sahədə qanunvericilikdə dəyişiklik edilməsini istəyir. Elə həmin il Yaponiya hökuməti evli qadınlara istəsələr, pasportlarına qız soyadlarını yazmağa icazə verib.
2020-ci ildə başqa bir rəy sorğusunun nəticələri göstərib ki, 70 faiz artıq ər-arvadın eyni soyad daşıma öhdəliyinin ləğvinin tərəfdarıdır. Bununla belə, 2021-ci ilin iyununda Yaponiya Ali Məhkəməsi ər-arvadın fərqli soyadlara malik olmasına dair qadağanı konstitusiya qadağası kimi qəbul edib.
2022-ci ilin dekabrında "Human Rights Watch" təşkilatı açıq şəkildə Yaponiyada evli qadınlara soyadlarını saxlamağa icazə verməyə çağırıb. Təşkilatın nümayəndəsi Teppey Kassai ailə hisslərinin soyadla müəyyən edilmədiyini bildirib.