Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 09:26
Son vaxtlar "WhatsApp" vasitəsilə vətəndaşlara asan yolla pul qazanmaq adı ilə mesajlar gəlir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, mesajlarda ya hər hansı reklamı izlədikdən sonra ödəniş almaq, ya da hər hansı videoya şərh yazdıqdan sonra qazanc əldə ediləcəyi vəd edilir.
Əvvəlcə kiçik məbləğlər həqiqətən də istifadəçilərə ödənilir və inam yaradılır. Daha sonra məbləğ artdıqca, guya hesabın təsdiqlənməsi üçün istifadəçidən əlavə ödəniş və pulun köçürülməsi üçün bank kartı məlumatları tələb olunur. Beləliklə, kiberdələduzlar bu üsulla sosial şəbəkə istifadəçilərinin pulunu və kart məlumatlarını ələ keçirirlər.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirib ki, kiberdələduzlar "qazanc" təklif etdikləri nömrələri əsasən sosial şəbəkələrdəki və ya saytlardakı boşluqlardan əldə edirlər.
Ekspertin sözlərinə görə, belə dələduzların qurbanına çevrilən istifadəçilərin əksəriyyəti kiçik məbləğlər əldə etdikdən sonra şirniklənirlər. Bu isə onlara baha başa gəlir.
Ekspert vətəndaşları belə mesajlara qarşı diqqətli olmağa, bu kimi asan qazanc təkliflərinə inanmamağa, şəxsi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyə çağırıb.
Ətraflı süjetdə: