Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İkardinin arvadından qalmaqallı paylaşım - "Fənərbağça"ya "söz atdı" - VİDEO

İkardinin arvadından qalmaqallı paylaşım -

Tarix: 8 Aprel 2024 12:08

"Qalatasaray"ın ulduzu Mauro İkardinin həyat yoldaşı Vanda Nara "Fənərbağça"nın meydanı tərk etməsindən sonra ləğv edilən Superkubok matçı ilə bağlı paylaşım edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o bu barədə sosial şəbəkə hesabında video yayımlayıb.

Nara "Futbol cəsurlar üçündür. Çempionlar. Təbrik edirəm", - deyə qeyd edib.

Xatırladaq ki, aprelin 7-də "Fənərbağça" və "Qalatasaray" komandaları arasında Türkiyə Superkuboku matçı keçirilib. Artıq ilk dəqiqədə Mauro İkardi "Qalatasaray"ı hesabda irəli çıxarıb. Bu qoldan sonra "Fənərbağça"lılar oyunu boykot edərək, meydanı tərk ediblər. "Fənərbağça"ya texniki məğlubiyyət veriləcək və "Qalatasaray" Türkiyə Superkubokunun qalibi elan olunacaq.

Paylaşımı təqdim edirik:

Milli.Az


Etiketlər:  İkardinin arvadından qalmaqallı paylaşım Fənərbağçaya söz atdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ