Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 16:42
"Mütəxəssislər Hacı Şahin Həsənlinin "Youtube" kanalının geri qaytarılması istiqamətində iş aparırlar, iki-üç günə səhifənin qaytarılacağını deyirlər. İrəliləyiş olan kimi ictimiayyətə məlumat verəcəyik".
Sonxeber.net bildirir ki, bu barədə Teleqraf.com-a Hacı Şahin Həsənlinin köməkçisi olmuş Qədir Sadatxanov bildirib.
"Ailədə Hacı Şahinin çıxış və moizlərinin video nüsxəsi var. Haker hücumunun mənbəyi barədə heç bir məlumatımız yoxdur. Aidiyyəti qurumlara kanala olan hücumla bağlı məlumat vermişik", - o deyib.
Qeyd edək ki, Hacı Şahin Həsənlinin "Youtube" kanalı hakerlər tərəfindən ələ keçirilib və bütün videolar silinib.