Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evimi ərəblərə kirayəyə vermişdik, dizimi yerə qoyub ağladım''

''Evimi ərəblərə kirayəyə vermişdik, dizimi yerə qoyub ağladım''

Tarix: 9 Aprel 2024 13:35

"Evimi ərəblərə kirayəyə vermişdik, dizimi yerə qoyub ağladım"

Müğənni Nadir Qafarzadə Türkiyədəki evini satmasının səbəbini açıqlayıb.

Sonxeber.net Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində danışıb:

"Türkiyədəki evimi satmışam. O vaxt həvəslə almışdıq, amma gedən olmadı. Kirayə üçün şirkətlərin birinə verdik, onlar da ərəblərə icarəyə vermişdilər. Evimi təhvil almağa getmişdim, içəri girəndə dizimi yerə qoyub, bir saat ağladım. Evi pis günə qoymuşdular. Bilmədim nə edim, ustalar çağırdım və yenidən düzəltdirdim. Orada da hər şey bahadır.

Divardakı şəkilləri çıxartmışdılar, mətbəxi, hamamı pis günə qoymuşdular. Başqa ölkə olduğu üçün dərdimi də deyə bilmirdim. Ona görə də acığa düşdüm, dəyər-dəyməzinə satdım. Dedim ki, pulunuz mənə lazım deyil, kim birinci gəlsə, ona verəcəyəm. Ona görə də 31-ci mərtəbədəki 165 kvadratlıq evimi satdım".

Qeyd edək ki, sənətçi 2013-cü ildə saytımıza açıqlamasında Türkiyədəki evi üçün 300 min manat xərc çəkdiyini açıqlamışdı.


Etiketlər:  Evimi ərəblərə kirayəyə vermişdik dizimi yerə qoyub ağladım


RƏYLƏR