Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilir - FOTO

Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilir - FOTO

Tarix: 9 Aprel 2024 19:00

Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstanın müxtəlif qeyri-hökumət təşkilatları, siyasi partiyalar və tələbə hərəkatları hakim "Gürcü Arzusu" partiyasının "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsini yenidən parlamentə təqdim etməsinə etiraz olaraq paytaxt Tbilisidə yürüş keçirir.

Yüzlərlə etirazçı hazırda Respublika meydanından parlament binasına doğru yürüş edir. Təşkilatçılar etiraz aksiyasının məqsədinin ölkənin azadlığının və Avropa gələcəyinin qorunması olduğunu bildirirlər.

Yürüşlə əlaqədar mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşı cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, "Gürcü Arzusu" partiyası ötən gün "xarici agentlər qanunu" kimi tanınan "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsini müzakirəyə çıxarılması üçün parlamentə təqdim edib. Parlamentin aprelin 15-də layihəni nəzərdən keçirməyə başlayacağı bildirilir.

Milli.Az


Etiketlər:  Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ